İsrail Yəməndən atıldığı güman edilən raketin vurulduğunu açıqlayıb


İsrail ordusu Yəməndən atıldığı güman edilən raketin vurulduğunu bildirib.



“Yedioth Aharonoth” qəzetinin məlumatına görə, İsrail Ordusunun sözçüsü hava qüvvələrinin döyüş təyyarələrinin Elat şəhərinin cənubunda Qırmızı dəniz bölgəsindən gəldiyi təsbit edilən hava təhlükəsini aradan qaldırdığını qeyd edib.

Mülki əhali üçün təhlükənin aşkar edilmədiyini və raketin İsrail ərazisinə daxil olmadığını bildirən sözçü, raketin İranın dəstəklədiyi Yəməndəki husilər tərəfindən atıldığını vurğulayıb.

İsrail ordusu dünən Qırmızı dəniz bölgəsindən İsrail ərazisinə atılan raketin müdafiə sistemi tərəfindən havada məhv edildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu