Beyons Qremmi mükafatına 100 dəfə namizəd göstərilən ilk sənətçi oldu



Amerikalı müğənni Beyons 2027-ci il fevralın 7-də keçiriləcək 69-cu Qremmi mükafatlarının namizədləri arasında yer alaraq bu mükafata ümumilikdə 100 dəfə namizəd göstərilən ilk sənətçi olub. 

AFN.az xəbər verir ki, müğənni bu dəfə Morning Dew (Donk) mahnısına görə namizədliyə layiq görülüb.

69-cu Qremmi mükafatlarının namizədləri açıqlanıb. Təqdimetmə mərasimi 2027-ci il fevralın 7-də keçiriləcək.

Beyons Morning Dew (Donk) mahnısı ilə Ən yaxşı solo R&B ifası kateqoriyasında Qremmi mükafatına namizəd göstərilib.

Bu namizədliklə Beyons Qremmi mükafatlarına 100 dəfə namizəd göstərilən ilk sənətçi kimi tarixə düşüb.

Beyonsla yanaşı, həmin kateqoriyada Kehlaninin Out The Window, Viktoriya Monenin Let Me, Cil Skottun Pressha və Temsin What You Need mahnıları da namizədlər sırasındadır.

Digər tərəfdən, britaniyalı müğənni Rey bir ildə 11 nominasiya qazanaraq qadın sənətçilər arasında ən çox namizədlik sayına çatıb. Ötən il Beyons da 11 nominasiya əldə etmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu