Aİ mədəaltı vəzi xərçənginə qarşı yeni dərmana icazə verdi



Avropa İttifaqı (Aİ) Komissiyası bədənin müxtəlif nahiyələrinə yayılmış mədəaltı vəzi xərçənginin müalicəsində istifadə olunacaq Daraxonrasib dərmanının satışına icazə verib. 

AFN.az xəbər verir ki, metastatik mədəaltı vəzi xərçənginə qarşı yeni müalicə vasitəsi üçün Aİ ərazisində marketinq icazəsi verildiyi açıqlanıb.

Açıqlamada dərmanın əvvəllər ən azı bir müalicə kursu almış yetkin xəstələrdə istifadə oluna biləcəyi bildirilib.

Yeni dərmanın Aİ-nin dərman islahatı çərçivəsində nəzərdə tutulan sürətləndirilmiş qiymətləndirmə prosedurlarından keçdiyi qeyd olunub. Bu proses zamanı təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarından güzəştə gedilmədiyi vurğulanıb.

Açıqlamada Avropa Dərman Agentliyinin (EMA) mərhələli araşdırma çərçivəsində dərmanla bağlı müsbət elmi qiymətləndirməni qısa müddətdə tamamladığı bildirilib.

Daha yaxşı müalicə seçimlərinə ehtiyac duyulan ciddi xəstəliyə qarşı nəzərdə tutulan dərmanın qarşılanmamış tibbi ehtiyacın ödənilməsinə töhfə verə biləcəyi qeyd olunub. Açıqlamada EMA-nın xərçəng dərmanlarına yüksək prioritet verdiyi də xatırladılıb.

Dərmanın klinik faydalarına dair birgə qiymətləndirmənin davam etdiyi bildirilib. Aİ üzrə müalicəyə çıxışı asanlaşdırmaq məqsədilə qiymətləndirmə hesabatının dekabr ayında hazır olması üçün işlərin sürətləndirildiyi vurğulanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu