Piylənmə müalicəsində dönüş nöqtəsi: Aİ ilk ağızdan qəbul edilən GLP-1 dərmanını təsdiqlədi
Avropa İttifaqı (Aİ) Komissiyası piylənmənin müalicəsində istifadə olunmaq üçün Danimarkanın "Novo Nordisk" əczaçılıq şirkəti tərəfindən hazırlanan və ağızdan qəbul edilən ilk GLP-1 dərmanının satılmasına icazə verib.
AFN.az xəbər verir ki, Danimarka şirkətindən verilən açıqlamada Aİ Komissiyasının gündə bir dəfə istifadə olunan və semaqlutid tərkibli həbin piylənmə və ya çəki ilə bağlı ən azı bir əlavə xəstəliyi olan artıq çəkili böyüklərin müalicəsində tətbiqini təsdiqlədiyi bildirilib.
Bu həbin Aİ-də çəkiyə nəzarət məqsədilə təsdiqlənən ağızdan qəbul edilən ilk GLP-1 preparatı olduğu vurğulanıb və dərmanın daha əvvəl ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də lisenziya aldığı xatırladılıb.
Satış icazəsinin Avropa Dərman Agentliyinin (EMA) 2026-cı ilin mayında verdiyi müsbət rəydən sonra rəsmiləşdirildiyi diqqətə çatdırılıb, həmçinin Aİ Komissiyasının piylənmə müalicəsi üçün birdəfəlik qələm formasında olan iynə variantına da razılıq verdiyi qeyd olunub.
Açıqlamada fikirləri yer alan "Novo Nordisk" şirkətinin rəhbəri və baş icraçı direktoru Mayk Dustdar piylənmənin ciddi və xroniki bir xəstəlik olduğunu, müalicə seçimlərinin artmasının köklü dəyişiklik yarada biləcəyini vurğulayıb.


