Döş xərçəngi müalicəsində inqilabi araşdırma - Sağ qalma müddəti iki dəfə artır
Döş xərçəngi müalicəsində aparılan araşdırma aqressiv inkişaf etmiş döş xərçəngi üçün yeni bir dərman müalicəsinin xəstələri xəstəliksiz keçirəcəyi müddəti iki dəfə artıra biləcəyini ortaya qoyub.
Tədqiqatçılar üçlü dərman birləşməsini böyük sıçrayış adlandırıblar və müalicənin döş xərçəngi xəstələri üçün transformativ ola biləcəyini söyləyiblər.
"New England Journal of Medicine"də nəşr olunan araşdırmada palbosiklib və inavolisib adlı iki hədəfə yönəlmiş dərmanın hormon terapiyası fulvestrant ilə birləşdirildiyi qeyd edilib.
Bu müalicə döş xərçənginin böyüməsində təsirli olan PI3K zülalının böyüməsini hədəf alır.
Tədqiqata 28 ölkədən 325 xəstə qatılıb. Xəstələrin yarıdan çoxunda xəstələyin üç və ya daha çox orqana yayıldığı və 80 faizinin daha əvvəl kimyaterapiya aldıqları bildirilib.
Üçlü dərman birləşməsinin xəstəliyin gedişatını orta hesabla 15 ay gecikdirdiyi, plasebo qrupunda isə bu müddətin 7,3 ay olduğu bildirilib.
Tədqiqat həmçinin 18 aydan sonra üçlü dərman qrupundakı xəstələrin 46,2 faizində xəstəliyin irəliləmədiyini, plasebo qrupunda isə bu nisbətin 21,1 faiz olduğunu ifadə edib.
Tədqiqatın aparıcı müəllifi London Xərçəng Araşdırmaları İnstitutunun Molekulyar Onkologiya professoru Dr. Nik Törner bu tədqiqatın PIK3CA mutasiyalı HR-pozitiv döş xərçənginin üç əsas aspektini hədəf alan müalicələr kombinasiyasının potensialını nümayiş etdirən ilk tədqiqat olduğunu deyib.
Dr. Törner müalicənin döş xərçənginin bu növü üçün transformativ bir irəliləyiş ola biləcəyini də vurğulayıb.
Mənbə: Independent