Şişi "iyləyən" bıçaq saniyələr ərzində uşaqlıq xərçəngini aşkar edə bilir


Tədqiqatçıların "şiş iyləyən" adlandırdıqları inqilabi cərrahi bıçaq (iKnife) saniyələr ərzində uşaqlıq yolu xərçənginə diaqnoz qoya bilər.


AFN.az xəbər verir ki, xarici mediada qadınlarda dördüncü ən çox rast gəlinən xərçəng növü olan uşaqlıq yolu xərçəngi ilə bağlı perspektivli bir araşdırma nəşr olunub. Araşdırmaya görə, London İmperial Kollecinin mütəxəssisləri aşkar ediblər ki, hazırda döş və beyin xərçənginin müalicəsində istifadə edilən iKnife cihazı endometrium xərçənginin varlığını dəqiq müəyyən edə bilir.

Araşdırma qrupu “Cancers” jurnalında “iKnife endometrial xərçəngə saniyələr ərzində etibarlı bir şəkildə diaqnoz qoyaraq yüzdə 89 diaqnostik dəqiqliklə qadınların histopatoloji diaqnozunu gözləməkdə yaşanan gecikmələri minimuma endirdi" - deyə qeyd edib.
iKnife biopsiya toxuması ana bətnindən çıxarıldıqdan sonra buxarlanan zaman yayılan tüstünü təhlil edərək xərçəngli və sağlam toxumaları ayırd etmək üçün elektrik cərəyanlarından istifadə edir. Tədqiqatçılar bildiriblər ki, onun effektivliyi uşaqlıq yolu xərçəngi şübhəsi olan 150 qadından alınan biopsiya toxuma nümunələri ilə sübut edilib və nəticələr mövcud diaqnostik üsullarla müqayisə edilir.

Komanda onun geniş istifadəsinə səbəb ola biləcək böyük bir klinik sınaq keçirməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu