Xərçəng peyvəndindən SEVİNDİRİCİ XƏBƏR


"Covid-19" virusuna qarşı eyni texnika ilə müvəffəqiyyətli bir mRNT peyvəndi hazırlayan "Moderna" tərəfindən ərsəyə gətirilən xərçəng peyvəndi ilə bağlı ümidverici xəbərlər var. Peyvənd yüksək riskli xəstələrdə dəri xərçənginin təkrarlanma ehtimalını 44 faiz azaldıb.


ABŞ-ın dərman şirkətləri "Moderna" və "Merck" xərçəng xəstələri üçün ümid yaradacaq bu kəşf haqqında məlumat paylaşıb. Bildirilir ki, bir mRNA vaksinin sınağından əldə edilən yeni məlumatlar ciddi dəri xərçəngi, melanoma riskini yarıya endirir.

Melanoma müalicəsi üçün cərrahiyyə əməliyyatı keçirən 157 insan üzərində aparılan araşdırmada, fərdi peyvənd və Keytruda immunoterapiyası alanların 78,6 faizi 18 ayda xərçəngdən azad olub, təkbaşına immunoterapiya alanların isə yüzdə 62,2-sində xərçəngin təkrarlanması müşahidə edilməyib.

Xərçəngin təkrarlanması və ya ölümü 22,4 faiz, o cümlədən kombinasiya müalicəsi alan 107 nəfərdən 24-ü və tək immunoterapiya alan 50 nəfərdən 20-sində baş verib.

Xərçəng peyvəndinin ciddi yan təsirlərə səbəb olmadığı qeyd edilib. Ən çox görülən yan təsirlərə yorğunluq, inyeksiya yerində ağrı və titrəmə daxildir. "Moderna"nın vitse-prezidenti və inkişaf, terapevtika və onkologiya şöbəsinin rəhbəri Kayl Holen "Nəticələr göstərir ki, mRNT peyvəndləri xərçəng xəstələri üçün böyük potensiala malikdir, mRNT xəstələrin ömrünü uzadır" - deyə bəyan edib.

"Modern"anın eksperimental xərçəng peyvəndi mRNA-4157/V940 immun sistemini müəyyən şişlərə qarşı reaksiya verməyə hazırlamaq üçün nəzərdə tutulub. Hazırda melanoma müalicəsində istifadə edilən "Merck Keytruda" şişlərə hücum etmək üçün immunitet sistemini stimullaşdırır.

Şirkətlər Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının illik toplantısında ən son məlumatları təqdim ediblər. Mütəxəssislər bu il "Faza 3" sınaqlarına başlamağı planlaşdırdıqlarını və sınaqların ağciyər xərçəngi də daxil olmaqla daha çox şiş növlərini əhatə edəcək şəkildə genişlənəcəyini vuröulayıblar.

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, melanoma bütün dəri xərçənglərinin təxminən 1 faizini təşkil edir, lakin dəri xərçəngindən ölümlərin əksəriyyətinə səbəb olur. Təşkilat bu il ABŞ-da təxminən 100 000 nəfərə geniş melanoma diaqnozu qoyulacağını və təxminən 8 000 nəfərin melanomadan öləcəyini təxmin edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu