United Airlines uçuşlara təsir edən texniki nasazlığı aradan qaldırıb



ABŞ-nin aviaşirkəti United Airlines bəzi reyslərin uçuşunu gecikdirən sistem nasazlığının aradan qaldırıldığını açıqlayıb. 

AFN.az xəbər verir ki, şirkət sistem problemi səbəbindən təyyarələri havaya qalxa bilməyən sərnişinlərin müraciətlərinə ABŞ mərkəzli X sosial media platformasındakı hesabı vasitəsilə cavab verib.

Şirkət paylaşımında yaranmış narahatlığa görə səmimi şəkildə üzr istəyib. Genişmiqyaslı sistem kəsintisinin baş verdiyini bildirməklə yanaşı, komandaların sistemləri mümkün qədər tez yenidən işlək vəziyyətə gətirmək üçün səylə çalışdığını qeyd edib və sərnişinlərə göstərdikləri səbrə görə təşəkkür edib.

United Airlines yenilənmiş məlumatların X platformasından, uçuşların statusunun isə şirkətin mobil tətbiqi vasitəsilə yoxlanıla biləcəyini bildirib.

Şirkət bir neçə saat sonra bəzi reyslərin uçuşuna təsir edən sistem nasazlığının aradan qaldırıldığını elan edib.

United Airlines-ın sosial media hesabında yayılan açıqlamada dünən səhər saatlarında uçuşa hazırlaşan bəzi reyslərə təsir edən texnoloji problem yaşandığı və həmin nasazlığın aradan qaldırıldığı bildirilib.

United Airlines-da baş verən sistem nasazlığının ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) ötən həftə dörd saatdan çox davam edən uçuşların dayandırılması barədə qərarından sonra qeydə alınması diqqət çəkib.

FAA noyabrın 13-də hava hərəkətinin idarə olunması mərkəzlərinə təsir edən rabitə problemi səbəbindən ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar qəbul etmişdi.

Nəqliyyat naziri Şon Daffi daha sonra keçirdiyi mətbuat konfransında qərarın ləğv edildiyini və hava məkanının yenidən açıldığını açıqlamışdı.

Bu məhdudiyyət minlərlə reysin gecikməsinə və ya ləğv edilməsinə səbəb olmuşdu.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu