İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib
İndoneziyada 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələ ölkənin Tual şəhərindən 148 kilometr cənub-qərbdə baş verib.
Yeraltı təkanların ocağı 68 kilometr dərinlikdə yerləşib və zəlzələnin maqnitudası 6,6 olub.
İlkin mərhələdə zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib. Hələlik insan tələfatı və maddi ziyan barədə məlumat daxil olmayıb.

