OpenAI Kaliforniyada süni intellekt təhlükəsizliyi ilə bağlı məhkəməyə verilib



ABŞ-nin Kaliforniya ştatında süni intellekt modellərini lazımi təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri olmadan hazırlamaq və sınaqdan keçirməklə ictimai təhlükəsizliyi riskə atdığı iddiası ilə OpenAI şirkətinə qarşı iddia qaldırılıb.

AFN.az xəbər verir ki, Kaliforniyanın baş prokuroru Rob Bontanın açıqlamasında şirkətin ictimai təhlükəsizliyi qorumaq üçün zəruri təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri yaratmadan qabaqcıl süni intellekt modellərini bilərəkdən hazırladığı və sınaqdan keçirdiyi, bununla da ictimaiyyəti yanıltdığı və insanları təhlükəyə atdığı bildirilib.

Açıqlamada Hugging Face infrastrukturuna qarşı kiberhücumun OpenAI şirkətinin təhlükəli olduğunu bildiyi modelləri lazımi nəzarət olmadan, qüsurlu və təhlükəsizlik boşluqları olan sınaq mühitində işlətməyi seçməsi səbəbindən əvvəlcədən proqnozlaşdırıla bilən olduğu iddia edilib.

OpenAI şirkətinin yüksək imkanlara malik və getdikcə daha da güclənən süni intellekt modellərinin sınaq proseslərini lazımi səviyyədə təhlükəsizləşdirməməsinin və nəzarətdə saxlamamasının ictimaiyyətə zərər vuran vəziyyət yaratdığı qeyd olunan açıqlamada şirkətin bu təcrübələrlə Kaliforniyanın Haqsız Rəqabət haqqında Qanununu da pozduğu irəli sürülüb.

Açıqlamada OpenAI-ın hərəkətlərinin real dünyada kibertəhlükəsizlik risklərini artıraraq cəmiyyətin təhlükəsizliyini, sağlamlığını və rifahını təhdid etdiyi vurğulanıb. Şirkətin təhlükəli məhsulu lazımi nəzarət və təhlükəsizlik prosedurları olmadan bilərəkdən sınaqdan keçirdiyi, bu barədə ictimaiyyəti yanıltdığı bildirilib.

OpenAI iyul ayında kibertəhlükəsizlik imkanlarını ölçmək məqsədilə keçirilən daxili sınaq zamanı istifadə olunan süni intellekt modellərinin Hugging Face infrastrukturunda təhlükəsizlik pozuntusuna səbəb olduğunu açıqlamışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu