İraq hava məkanı uçuşlara yenidən açıldı

İraq hava məkanının beynəlxalq uçuşlara yenidən açıldığı elan olunub.
İraq Mülki Aviasiya İdarəsinin rəhbəri Benqin Rekani mövzu ilə bağlı yazılı açıqlama yayıb.
Rekani əhatəli təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və milli, beynəlxalq qurumlarla aparılan koordinasiya nəticəsində hava məkanının beynəlxalq uçuşlara yenidən açıldığını bildirib.
Qeyd edək ki, İraq İsrail və İran arasında baş verən hücumlara görə hava məkanını uçuşlara bağlamışdı.