Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb: 17 nəfər ölüb
Rusiyanın Kemerovo vilayətində An-12 tipli hərbi-nəqliyyat təyyarəsi hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.
AFN.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində azı 17 nəfər həyatını itirib.
Təyyarənin yerə çırpıldığı anlar ərazidəki müşahidə kamerasına düşüb. Hadisənin necə baş verdiyi və qəzanın dəqiq səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Kemerovo vilayətinin qubernatoru İlya Seredyuk hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, vilayətin Yahunovo kəndi yaxınlığında təyyarə qəzası baş verib və hadisə yerində təcili xidmət əməkdaşları işləyir. Yahunovo kəndi Kemerovo hava limanının yaxınlığında yerləşir.
