İtaliya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Avstraliyada qəzaya uğrayıb


İtaliya Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter Typhoon" tipli döyüş təyyarəsi Avstraliyada təlim zamanı qəzaya uğrayıb.



İtaliyanın ANSA agentliyinin xəbərinə görə, İtaliya Müdafiə Nazirliyinin rəsmiləri Avstraliyanın şimal bölgəsində yerləşən Darvin şəhərində keçirilən çoxmillətli “Pitch Black 24” hərbi təlimi zamanı Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter Typhoon" tipli döyüş təyyarəsinin qəzaya uğradığını bildirib.

Səlahiyyətlilər pilotun paraşütlə tullanaraq sağ qaldığını və səhhətinin yaxşı olduğunu qeyd edərək, təyyarənin qəzaya uğrama səbəbinin hələlik məlum olmadığını bildirib.

Səlahiyyətlilər hadisə ilə bağlı istintaqın davam etdiyini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu