Britaniya təyyarələri Şotlandiyanın şimalında uçan 2 Rusiya təyyarəsinə qarşı "havalandı"


Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus "Eurofighter Typhoon" döyüş təyyarələri Şotlandiyanın şimalında uçan iki "Tupolev Tu-142" tipli Rusiya dəniz patrul və bombardmançı təyyarəsinə cavab verib və onların keçidini izləyib.


İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, RAF-a məxsus "Eurofighter Typhoon" təyyarələri, NATO-nun şimal keçid məntəqəsində yerləşən Şotlandiyanın Şetland adalarının şimalında iki Rusiya təyyarəsi göründükdən sonra havaya qalxıb.

"Eurofightre Typhoon" təyyarəsinin pilotu bildirib ki, iki Rusiya təyyarəsi Böyük Britaniyanın nəzarət zonasını tərk edənə qədər izlənilib.

Nazirliyin açıqlamasında, Lossimut Bazasının pilotlarının NATO-nun 4 aylıq missiyası çərçivəsində Estoniyada olduqları və bu müddət ərzində Rusiya təyyarələrinə qarşı 50 müdaxilə uçuşu həyata keçirdikləri bildirilib.

Böyük Britaniyanın hava nəzarət bölgəsinə daxil olan Rusiya hərbi təyyarələrinin digər təyyarələr üçün təhlükə yarada biləcəyinə diqqət çəkilərək, Rusiya təyyarələrinin hava trafik nəzarətçiləri ilə əlaqə saxlamadığı və onları görməyə imkan verən kodları dərc etmədiyi də qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu