Nepalda sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb


Nepalın paytaxtı Katmanduda təyyarənin uçuş zamanı eniş zolağında sürüşüb, qəzaya uğraması nəticəsində 18 nəfər həyatını itirib.



“The Kathmandu Post” qəzetinin məlumatına görə, içərisində 19 nəfərin olduğu təyyarə havaya qalxarkən zolaqa sürüşərək Tribhuvan beynəlxalq hava limanında qəzaya uğrayıb.

Tribhuvan Beynəlxalq Hava Limanının sözçüsü Subaş Jha verdiyi açıqlamada Saurya aviaşirkətinə məxsus təyyarədə olan 18 nəfərin cəsədinin tapıldığını və pilotun xəstəxanaya aparıldığını bildirib.

“The Kathmandu Post”a danışan hadisə şahidləri bildiriblər ki, təyyarə uçuş-enmə zolağının cənub hissəsindən havaya qalxıb və qanadının ucu yerə dəyən zaman qəfil aşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu