Meksikada təyyarə dənizə düşüb: 3 nəfər itkindir


Meksikanın Verakrus ştatında kiçik təyyarə dənizə düşüb. Təyyarədə olan üç nəfər yoxa çıxıb.


Verakruz Beynəlxalq Hava Limanından havaya qalxan kiçik "Cessna 650" təyyarəsi havaya qalxdıqdan az sonra Meksika körfəzi üzərində itib.

Hadisədən sonra ərazinin yaxınlığında işləyən bir qrup işçi təyyarənin dənizə düşdüyü barədə hava limanının rəhbərliyinə məlumat verib.

Hadisə şahidləri təyyarənin dənizə düşdüyünü təsdiqləyib və təyyarədə olan 2 pilot və 1 sərnişinin itkin düşdüyü bildirilib.

Meksika Hərbi Dəniz Qüvvələrinin xilasetmə qruplarının qəzaya uğrayan təyyarənin qalıqları ilə birlikdə itən 3 nəfərin tapılması üçün axtarış-xilasetmə işləri apardığı açıqlanıb.

Hadisə ilə bağlı ilk məlumatlarda havaya qalxdıqdan 1 dəqiqə sonra təyyarə ilə bütün əlaqənin kəsildiyi və qısa müddətdə radardan aşkarlana bilmədiyi bildirilib.

Hadisənin səbəbi hələ müəyyən edilməsə də, təyyarənin özəl xidmət göstərdiyi və adətən iş adamları tərəfindən icarəyə götürüldüyü bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu