Göyərtəsində 50 sərnişinin olduğu təyyarə ilə əlaqə kəsildi


İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib.



Qaynarinfo xəbər verir ki, təyyarə "Sriwijaya Air”ə məxsusdur.

Məlumata görə, hava gəmisi Cakarta-Pontianak reysini həyata keçirirmiş. "Boeing 737-500” təyyarəsinin göyərtəsində 50-dən çox sərnişin var.

İndoneziyanın Nəqliyyat Nazirliyi təyyarə ilə əlaqə kəsiləndən sonra axtarış-xilasetmə işləri başlandığını bildirib.

"FlightRadar24"ün xəbərin görə, əlaqənin kəsildiyi təyyarə 27 il əvvəl istehsal olunub. Təyyarə Cakartadan havaya qalxdıqdan 4 dəqiqə sonra əlaqə kəsilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu