Endi Börnham: Brexit Britaniyaya faydadan çox zərər gətirdi
İngiltərənin Baş naziri Endi Börnham Avropa İttifaqından (Aİ) ayrılmanın (Brexit) ölkəsinə faydadan çox zərər verdiyini bildirib.
AFN.az xəbər verir ki, Börnham açıqlamasında İngiltərənin Aİ-yə yenidən qoşulma potensialı ilə bağlı qiymətləndirmələr aparıb.
O, variantları nəzərdən keçirmək istədiyini bildirib və daha əvvəl Britaniyanın onun həyatda olduğu müddətdə Aİ-yə yenidən qoşulduğunu görmək istədiyi barədə açıqlamasının əksini söyləməyəcəyini qeyd edib.
Börnham qərarın dərhal verilməsinin vacib olmadığını bildirərək, hazırkı vəziyyətdə qala biləcəklərini və bunun da bir seçim olduğunu deyib. O, xalqın burada qalmağın doğru olduğunu düşünməsi halında ölkənin belə davam edə biləcəyini bildirib. Börnham keçmiş maliyyə naziri Corc Osbornun gömrük ittifaqı ilə bağlı dediklərinə və Liberal Demokratların qurultaylarında vahid bazarla bağlı söyləyəcəklərinə baxa biləcəklərini, yaxud birbaşa Aİ-yə qoşula biləcəklərini qeyd edib.
Börnham Aİ-yə yenidən qoşulmağın üstünlükləri və çatışmazlıqlarının qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
O, bu sualın cavabsız saxlanılmamalı olduğunu və İngiltərənin qarşıdakı 10 ildə hansı vəziyyətdə olmasının istənildiyinin dəqiq müəyyənləşdirilməsinin lazım gəldiyini bildirib. Börnham ölkənin qarşıdakı 10 ilinin geridə qalan 10 ili kimi olmamalı olduğunu, çoxsaylı problemlər və parçalanmalar yaşandığını deyib.
Börnham Brexitin faydadan çox zərər verdiyini bildirib və Britaniya əhalisinin 60 faizinin bu fikirlə razı olduğunu düşündüyünü qeyd edib.


