Brent nefti ucuzlaşıb
Brent neftin bir barelinin qiyməti 97,39 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 99,30 dollara qədər yüksələn Brent neftinin dekabr fyuçerslərinin bir barelinin qiyməti günü 98,03 dollardan tamamlayıb. Brent neftinin dekabr fyuçerslərinin bir barelinin qiyməti bu gün saat 10:34 etibarilə əvvəlki bağlanışla müqayisədə 0,6 faiz azalaraq 97,39 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin noyabr fyuçerslərinin bir barelinin qiyməti isə 89,55 dollar təşkil edib.
Brent neftində texniki baxımdan 101,66 dolların müqavimət, 91,48 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.
