ABŞ-ın Yuta ştatında 2010-cu ildən bəri ilk dəfə edam reallaşdırılıb


ABŞ-ın Yuta ştatında sevgilisinin anasını boğazını kəsərək öldürən kişi inyeksiya ilə edam edilib. Bu, həmin ştatda 2010-cu ildən bəri ilk edamdır.


AFN.az "ABC News"a istinadən xəbər verir ki, 48 yaşlı Taberon Dave Honey 1998-ci ilin iyulunda Klavdiya Bennin ağır şəkildə öldürülməsində günahkar bilinib. Belə ki, Taberon Dave Honey hələ 22 yaşı olanda içki və narkotik istifadə etdikdən sonra Bennin Cedar Citydəki evinə girərək onun boğazını kəsib, bədəninin başqa yerlərinə də bıçaq zərbələri endirib.

Onu edam cəzasına məhkum edən hakim Honeyin həmin vaxt evdə olan uşaqlardan birinə cinsi zorakılıq göstərdiyini müəyyən edib ki, bu da edam qərarı vermək üçün istifadə edilən ağırlaşdırıcı amillərdən biri olub. Yuta İslah Departamentinin məlumatına görə, Honeyin edamdan əvvəl son yeməyi çizburger, kartof qızartması və süd kokteyli olub. Edam edilməzdən əvvəl Honey gecəni ailəsi ilə keçirib. Həbsxananın xaricində ölüm hökmü əleyhinə olan bir qrup etirazçı əllərində "Bütün həyat qiymətlidir" yazılmış lövhələr tutaraq dua edib və mahnı oxuyub. Onilliklər boyu davam edən uğursuz müraciətlərdən sonra edam cəzasının reallaşdırılmasına etirazlara baxmayaraq, Honeyin edam qərarı iyun ayında imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu