İranda 8 nəfər edam olunub


İranda narkotik və qətl ittihamı ilə məhkum edilmiş 8 nəfər edam edilib.



2009-cu ildə zərgərlik mağazasına silahlı hücum edərkən bir nəfəri güllələyərək öldürən və məhkəmə tərəfindən edam cəzasına məhkum edilən məhkumun hökmü bu gün icra edilib.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) dünən ölkənin müxtəlif həbsxanalarında azı 7 məhbusun edam edildiyini açıqlayıb.

Bildirilib ki, edam edilən məhbuslar qətl və narkotiklə əlaqəli cinayətlərdə təqsirli biliniblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu