BMT rəsmisi: İranda bu il 209 nəfər edam edilib


“İranda bu ilin əvvəlindən hakimiyyət orqanları 209 nəfəri edam edib”.


“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinq zamanı deyib.

“BMT-nin insan haqları üzrə komissarı Folker Türk bu il İranda edamların sayının qorxulu dərəcədə çox olmasından narahat olduğunu bildirib”, - o söyləyib.

R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib. Hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu