İranda edamların sayı 88 faiz artıb


İranda insan haqları fəalları qrupu 2022-ci il hesabatında bu il edamların 88 faiz artdığını bildirib.


AFN.az-ın məlumatına görə, “HRANA” xəbər agentliyinin apardığı araşdırma nəticəsində belə hesabat yayıb.
Mənbə 2022-ci ildə edam olunacaq 92 nəfərin adlarını dərc edib. Bu müddət ərzində 565 nəfər edam cəzasına məhkum edilib. Onlardan 6-sı insanların gözü önündə asılıb. Ölüm hökmünə məhkum edilənlərin 501-i kişi, 11-i isə qadın olub.
Həmçinin, 2022-ci ildə fəalların və vətəndaşların həbsi ötən illə müqayisədə 1330 faiz artıb ki, bura xüsusilə ilin son üç ayında ictimai, ideoloji və ya siyasi fəaliyyətinə görə və ölkədə xalq etirazları ilə eyni vaxtda həbs edilən 23977 vətəndaş daxildir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu