Küveytdə müxtəlif cinayətlərə görə məhkum olunmuş 5 nəfər edam edilib


Küveytdə 8 il əvvəl şiə məscidinə edilən bombalı hücumun faili də daxil olmaqla 5 nəfər edam edilib.


Küveyt Prokurorluğundan verilən yazılı açıqlamaya görə, edam edilənlərdən biri yerli, 4-ü xarici ölkə vətəndaşdır.

Edam edilənlərdən ikisinin Misir və Şri Lanka vətəndaşı olduğu bildirilən bəyanatda digər ikisinin milliyyəti barədə məlumat verilməyib.

Qəsdən adam öldürmə, fahişəlik, odlu silahdan istifadə və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi cinayətlərdən mühakimə olunan Əbdürrəhman Sabahın İŞID terror təşkilatına üzv olmaq və terror aktında iştirak etməkdə təqsirli bilindiyi açıqlanıb.

Əbdürrəhman Sabah 2015-ci ildə şiə İmam Sadiq məscidinə edilən bombalı hücumda günahkar bilinərək edam cəzasına məhkum edilib.

26 iyun 2015-ci ildə İmam Sadiq məscidinə edilən hücumda 27 nəfər həyatını itirib və terror təşkilatı İŞID hücuma görə məsuliyyəti üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu