İranda İsrailin xeyrinə casusluqda ittiham olunan 4 nəfər edam edilib
İranda İsrail kəşfiyyat xidməti Mossad adına fəaliyyət göstərmək ittihamı ilə mühakimə olunduğu iddiada edam cəzasına məhkum edilən 4 nəfərin cəzaları icra edilib.
Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Feramerzi, Muhsin Mazlum, Vefa Azərbər və Pejman Fatihi səhər saatlarında edam edilib.
Rejim əleyhdarı Komala təşkilatına üzv olduqları iddia edilən şəxslərin İraqın şimalından İrana sızdığı və İsfahanda müdafiə sənayesi obyektinə hücum planı hazırlayarkən nəzarətə alındığı bildirilib.
Sözügedən 4 nəfər 2023-cü il sentyabrın 18-də İsrail kəşfiyyat xidməti Mossad-da işlədikləri üçün edam cəzasına məhkum edilib.