Polşa bütün hərbçilərini İraqdan təxliyə etdi
Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniak-Kamış Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən İraqdakı Polşa hərbçilərinin təxliyə edildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Kosiniak-Kamış "X" sosial media platformasındakı hesabında əməliyyat şəraitinin təhlilindən sonra bu qərarın verildiyini bildirib.
Polşalı hərbçilərin hamısının İraqdan təxliyə edildiyini qeyd edən nazir bu prosesin NATO müttəfiqləri ilə tam koordinasiyalı şəkildə həyata keçirildiyini vurğulayıb. Kosiniak-Kamış şəxsi heyətin böyük hissəsinin artıq Polşada olduğunu və ya ölkəyə qayıtmaq üçün yolda olduqlarını, bir hissəsinin isə İordaniyada yerləşdiyini qeyd edib.
Nazir bildirib ki, bu yerdəyişmə bölgədəki Polşa hərbi bölmələrinin fəaliyyətinin davamlılığını qorumağa imkan verib. Əsas prioritetin hərbçilərin maksimum təhlükəsizliyini təmin etmək olduğunu ifadə edən Kosiniak-Kamış, əməliyyatın Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı tərəfindən idarə edildiyini diqqətə çatdırıb.

