Polşa hələlik Ukraynaya MiQ-29 ötürməyəcək


Polşa MiQ-29 qırıcılarını artıq Kiyevə göndərilmək üçün hazırlanan hərbi yardım paketlərinə daxil etməyi planlaşdırmır.


Bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.

O, Varşavanın hazırda Kiyevə ötürdüyü hərbi yardım paketlərinin məzmununu açıqlamayıb, lakin qeyd edib ki, indi ötürülməsi mümkün olan belə avadanlıqlar çatdırılır.

Noyabrın əvvəlində respublika prezidenti Anjey Duda NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra alyansdan Polşa səmasının qorunmasına zəmanət almadan Ukraynaya vəd etdiyi MiQ-29 qırıcılarını təhvil verməyəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu