Polşa nüvə silahını yerləşdirməyə hazır olduğunu bəyan edib


Polşa ABŞ-ın nüvə silahlarını öz ərazisində yerləşdirməyə hazırdır.



Bunu Fakt-a müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.

“Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün Nüvə Paylaşımı çərçivəsində bizim ərazimizdə də nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq”, - deyə dövlət başçısı bildirib.

Duda həmçinin vurğulayıb ki, Varşavanın hərbi bloka üzvlüyünün bir hissəsi kimi öhdəlikləri var. Bu baxımdan nüvə silahının yerləşdirilməsi təcrübəsi ümumi siyasətin sadə həyata keçirilməsidir. O, əlavə edib ki, Amerika tərəfi birbaşa ondan hazırlığı barədə soruşub və o, bunu təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu