Polşa prezidenti Duda Belarus sərhədində hibrid hücumlarda Rusiyaya eyham vurub


Polşa prezidenti Anjey Duda Polşa sərhədlərinin Belarus tərəfindən hibrid şəkildə hücuma məruz qaldığını deyib.

AFN.az xəbər verir ki, Duda bu məsələdə Belarusun Rusiya ilə əməkdaşlıq etdiyinə heç bir şübhə olmadığını bildirib.

Varşavada Latviya prezidenti Edqars Rinkeviçs ilə görüşən Duda mətbuat konfransı keçirib. O, bildirib ki, görüşdə təhlükəsizlik, iqtisadiyyat, enerji və infrastruktur məsələləri müzakirə olunub.

Görüşün ən əhəmiyyətli mövzusunun Ukrayna-Rusiya müharibəsi və Belarusun Polşa sərhədində hibrid hücum təhlükəsi olduğunu deyən Duda qeyd edib ki, Belarusun Polşa sərhədlərinə hibrid hücumu niyyətində Rusiya ilə əməkdaşlıq etdiyinə şübhə yoxdur.

Duda bildirib ki, görüşdə Ukraynaya verilən dəstək və əməkdaşlıq, NATO-nun son sammitinin nəticələri və ikitərəfli hərbi əməkdaşlıq da müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu