Polşa prezidenti Lukaşenko haqda: "Onun üçün son olacaq..."


Polşa prezidenti Anjey Duda deyib belaruslu həmkarını hədələyib.


AFN.az xəbər verir ki, Ukrayna mediasına müsahibəsində Duda bildirib ki, Belarusun Ukraynadakı münaqişəyə girməsi prezident Lukaşenko üçün son demək olacaq: "Çünki Belarus xalqı, demək olar ki, bütünlüklə ona qarşı çıxacaq".
“Əvvəla, bu, heç bir döyüş təcrübəsi olmayan və birdən-birə zəif silahlanmış bir çox Belarus əsgərinin ölümünə səbəb olacaq. Çünki onlar artıq xeyli müddətdir döyüşən və vətənlərini müdafiə etmək əzmində olan ukraynalılarla qarşılaşacaq. Digər tərəfdən, belaruslar döyüşkən xalq deyillər və döyüşmək istəmirlər. Lukaşenko yaxşı bilir ki, bu, onun üçün son demək olacaq. Mənim fikrimcə, xalq bu məsələdə bütün gücü ilə ona qarşı çıxacaq”, - Anjey Duda belə deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu