Anjey Duda: Polşa ABŞ Silahlı Qüvvələri sayəsində təhlükəsizlikdədir


“ABŞ Silahlı Qüvvələrinin mövcudluğu Polşanın təhlükəsizliyini təmin edir”.


“Report” xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda amerikalı həmkarı Cozef Baydenlə görüşündə deyib.

Onun sözlərinə görə, Avropa ilə ABŞ arasında təhlükəsizlik və iqtisadi məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var: “Səfəriniz təhlükəsizlik üçün mühüm əlamətdir. Bu, dünya və Avropanın təhlükəsizliyi üçün ABŞ-ın məsuliyyətli yanaşması ilə bağlı siqnalıdır. ABŞ dünya nizamını qoruya bilər”.

A.Duda həmçinin bildirib ki, ABŞ Prezidenti səfəri ilə Polşanın Ukraynaya hərbi yardımla bağlı düzgün qərarlar verdiyini sübut edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu