NATO-ya üzv dövlətlər Ukrayna üçün tank briqadaları yaradacaq
NATO üzvü ölkələr bir neçə tank briqadası yaratmaq üçün Ukrayna Silahlı Qüvvələrinə kifayət qədər tank vermək niyyətindədir.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bəyan edib. O, bildirib ki, bu sıraya “Leopard 2” tankları da daxildir. Polşa prezidenti bildirib ki, Böyük Britaniya, Kanada, Polşa, digər Qərb ölkələri müttəfiqlik çərçivəsində artıq Ukraynaya tanklar göndərirlər. “Ukrayna üçün heç olmasa tank briqadası toplamaq istəyirik" - deyən A.Duda vurğulayıb ki, bir neçə briqada yarada biləcəklərinə ümid edirlər.
Bundan əvvəl Almaniya Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcəyini, digər ölkələrə bu tankların yenidən ixracına icazə verəcəyini təsdiqləyib. “Leopard 2” tankları Ukraynaya martın sonuna qədər göndəriləcək.