Almaniya Ukraynaya “Leopard” tankları göndərir
Almaniyanın kansleri Olaf Şolts “Leopard” tanklarını Ukraynaya göndərməyə qərar verib.
Bu barədə “Report” “Spiegel”ə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, kansler bir neçə aylıq debatdan sonra döyüş tanklarını Ukraynaya göndərməyə razılıq verib.
“Spiegel"in məlumatına görə, söhbət “Leopard 2A6” tanklarının azı bir bölüyündən gedir.
Almaniya hökuməti Polşa kimi digər dövlətlərlə xidmətdə olan belə tankların ixracına icazə vermək istəyir.
Nəşr qeyd edib ki, tanklar Bundesvan ehtiyatlarından Ukraynaya ayrılacaq. Orta və uzunmüddətli perspektivdə, sənaye ehtiyatlarından yeni döyüş tankları göndərilmə üçün hazırlana bilər.
Məlumata görə, digər müttəfiqlər, o cümlədən Skandinaviya ölkələri də Ukraynaya “Leopard” döyüş tankları göndərmək istəyirlər.