Almaniya ABŞ-ın dizel ehtiyatlarının satılması tələbinə qarşı çıxıb


Almaniya ABŞ-ın Avropa İttifaqının strateji dizel ehtiyatlarından 120 milyon barrel yanacağın bazara çıxarılması tələbinə qarşı çıxıb.

AFN.az xəbər verir ki, bu barədə “Politico” Avropa mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Berlin və bir sıra digər Aİ ölkələri strateji ehtiyatların yalnız yanacaq təchizatında real problem yarandığı halda istifadəyə verilməsini mümkün hesab edir. Fransa isə 50 milyon barrel neft və 50 milyon barrel dizel yanacağının bazara çıxarılmasını təklif edib.

ABŞ daha əvvəl Avropadan altı ay ərzində 120 milyon barrel dizel ehtiyatının bazara çıxarılmasını istəyib və bu tələb yerinə yetirilmədiyi halda dizel ixracına məhdudiyyət tətbiq edə biləcəyini bildirib.

Avropa Komissiyası isə ehtiyatların istifadəsi məsələsinin Beynəlxalq Enerji Agentliyi çərçivəsində və “Böyük Yeddilik” ölkələri ilə koordinasiya edilməsinin tərəfdarıdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu