BMT komissarı Ukraynada gərginliyin azaldılmasına çağırıb


BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk Ukraynadakı münaqişədə gərginliyin azaldılması və sülh səylərinin yenidən bərpa edilməsinə çağırıb.

AFN.az xəbər verir ki, Türk bu barədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasında çıxışı zamanı danışıb. Sessiya sentyabrın 7-dən oktyabrın 7-dək Cenevrədə keçirilir.

Onun sözlərinə görə, müharibənin indiyədək davam etməsi onun gələcəyini müəyyən etməməlidir. Türk münaqişədə gərginliyin azaldılması və sülh istiqamətində qəti dönüşə ehtiyac olduğunu bildirib.

BMT rəsmisi tərəflərə təsir imkanları olan dövlətləri münaqişənin daha da ağırlaşmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə və sülhə danışıqlar yolu ilə nail olmağa çağırıb.

Türk daha əvvəl də Ukraynada döyüşlərin dayandırılması və danışıqların bərpa edilməsinin vacibliyini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu