Müharibənin Ukraynaya zərəri 600 milyard dolları ötüb
Ukrayna hökuməti Rusiya ilə müharibə nəticəsində ölkəyə dəyən ümumi zərərin 600 milyard dollardan çox olduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə Ukraynanın Macarıstandakı səfiri Fedor Şandor “InfoRadio”ya müsahibəsində danışıb.
Diplomatın sözlərinə görə, müharibə nəticəsində 60 milyard dollardan çox dəyərində sənaye obyekti dağıdılıb. Nəqliyyat infrastrukturuna dəyən zərər 96 milyard dollar, enerji sektorunda itkilər isə 100 milyard dollardan çox qiymətləndirilir.
Şandor bildirib ki, zərərin ümumi məbləği hər gün artır.
O, eyni zamanda Ukraynanın hərbi əməliyyatları davam etdirmək imkanına malik olduğunu qeyd edib.




