ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiəni gücləndirir
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə neft-qaz obyektlərinin qorunması üçün əlavə iki “Patriot” hava hücumundan müdafiə sistemi göndərib.
AFN.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Vaşinqton bu addımla müttəfiqlərinə əsas enerji obyektlərinin qorunmasını təmin edəcəyinə dair təminat vermək istəyir. Bu, ABŞ-ın İranla genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi halda mümkün hücumların qarşısının alınması məqsədi daşıyır.
“Axios” qeyd edib ki, ABŞ belə bir ssenariyə hazırlıq çərçivəsində Yaxın Şərqə əlavə hərbi gəmilər, qırıcı təyyarələr və şəxsi heyət də göndərir.

