KİV: ABŞ Ukraynaya daha bir Patriot batareyası göndərə bilər


ABŞ Ukraynaya daha bir Patriot batareyası göndərməyi düşünür.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" planlarla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentlik yazır ki, Vaşinqton və onun müttəfiqləri Rusiyanın gücləndirilmiş hücumlarını dəf etmək üçün Kiyevin əlavə hava hücumundan müdafiə sistemlərinə olan ehtiyaclarını ödəməyə çalışır.

Anonimlik istəyən mənbələrə görə, ABŞ radarlarla birlikdə bir batareya göndərmək istəyir. Ukraynanın Avropadakı müttəfiqləri də Kiyevə öz ehtiyatlarından daha çox hava hücumundan müdafiə sistemi göndərmək planları üzərində işləyirlər.

Bloomberg xatırladır ki, bundan əvvəl Almaniya Kiyevi daha bir Patriot sistemi ilə təmin etməyə razılaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu