“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən “Qarabağ” və “Zirə” yoxlama oyununda üz-üzə gələcəklər.
AFN.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin Mətbuat xidməti məlumat yayıb.
Komandalar arasında görüş oktyabrın 3-ü “Azersun Arena”nın məşq meydançasında keçiriləcək. Oyun saat 17:00-da başlayacaq.
Bildirilib ki, yoxlama matçı yalnız media nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, hazırda Misli Premyer Liqasında “Qarabağ” 13 xalla 3-cü (5 oyuna), “Zirə” isə 10 xalla 5-cidir (6 oyuna).
