Pentaqon "Raytheon"dan 24,4 milyard dollarlıq raket alır


ABŞ-ın əsas hərbi podratçılarından biri olan “Raytheon” Pentaqonla 24,4 milyard dollarlıq müqavilə imzalayıb.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə əsasən, “Raytheon” ABŞ Hərbi Dəniz Qüvvələri üçün SM-6 raketləri tədarük edəcək. Beş il müddətinə nəzərdə tutulan müqavilənin daha iki il uzadılması mümkündür.

Pentaqondan bildirilib ki, sifariş SM-6 raketlərinin istehsalının sürətləndirilməsinə və ABŞ donanmasının etibarlı raket təminatının davam etdirilməsinə imkan verəcək. Nazirlik bu raketləri hava və dəniz əməliyyatları üçün zəruri sursat kimi qiymətləndirib.

Qeyd edək ki, ötən ay İranla müharibə səbəbindən ABŞ-da sursat çatışmazlığı yarandığı açıqlanıb. Konqresin Büdcə İdarəsi də ABŞ-ın raket-interseptor ehtiyatlarının azalması ilə bağlı narahatlığını ifadə edib.

Qurumun hesablamasına görə, ABŞ 2025-ci ilin iyunundan etibarən bu tip sursat ehtiyatlarının yarısından üçdə ikisinədək olan hissəsini istifadə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu