ABŞ-dan Ukraynaya təxminən 2,4 milyard dollarlıq yeni yardım paketi


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün yeni yardımların veriləcəyini açıqlayıb.



Açıqlamada Ukrayna üçün ayrılan yeni yardım paketinin dəyərinin təqribən 2,4 milyard dollar olduğu, paketin içərisində hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya və tank əleyhinə raketlərin olduğu bildirilib.

Məlumatda Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) fondlarından istifadə edilməklə Patriot və Milli Qabaqcıl Yer-Hava Raket Sistemi (NASAMS) üçün 2,2 milyard dollarlıq sursat yardımının veriləcəyi, 150 milyon dollarlıq paketin isə müxtəlif sursat və logistika ehtiyacları üçün ayrıldığı ifadə edilib.

Açıqlamada, Ukrayna üçün açıqlanan 150 milyon dollarlıq əlavə yardım paketinə HAWK hava hücumundan müdafiə sistemi və yüngül çoxlu raket atış sistemi (HIMARS) raketləri, tank əleyhinə silahlar və idarə olunan TOW raketləri, 155 və 105 millimetrlik artilleriya mərmiləri, "Javelin" və "AT-4" kimi sursatların da daxil olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu