KİV: ABŞ İsrailə ən azı 1 milyard dollarlıq sursat göndərir


ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəhbərliyinin Konqresə İsrailə ən azı 1 milyard dollarlıq sursat göndərilməsi barədə məlumat verdiyini bildirib.


Nəşr məsələ ilə tanış olan Amerika hökuməti və Konqres rəsmilərinə əsaslanaraq yazır ki, Bayden administrasiyası İsrailə sursat göndərmək üçün hərəkətə keçib.

İsrailə tədarük edilməsi planlaşdırılan silahlar arasında tank sursatları, hərbi maşınlar və minaatanların olduğu bildirilib. Satışı başa çatdırmaq üçün Konqresin icazəsi tələb olunur.

ABŞ prezidenti Co Bayden partiyasının təzyiqi ilə fevralın 8-də Milli Təhlükəsizlik Memorandumunu (NSM-20) dərc edib və ABŞ-dan hərbi yardım alaraq münaqişələrdə iştirak edən bütün ölkələrin beynəlxalq hüquqa və humanitar yardımların verilməsinə mane olmamaları istənib.

Bayden İsrailin Rəfaha böyük hücum edəcəyi təqdirdə ona silah yardımını dayandıracağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu