CENTCOM: İranın PUA hücumu uğursuz olub



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) Küveytdəki ABŞ qüvvələrini hədəf alan hücumunun uğursuzluqla nəticələndiyini bəyan edib.

AFN.az xəbər verir ki, CENTCOM-un "X" hesabı üzərindən mövzu ilə bağlı rəsmi açıqlama yayılıb.

Açıqlamada bu gecə Küveytdəki ABŞ qüvvələrini hədəf alan İrana məxsus əlavə PUA dalğası hücumunun boşa çıxarıldığı ifadə edilib.

CENTCOM hava hücumundan müdafiə sistemlərinin bir çox PUA-nı uğurla vurduğu bildirilən mətndə ABŞ hərbçilərinə və hərbi obyektlərinə zərər dəymədiyi qeyd olunub.

Komandanlığın yaydığı digər bir bəyanatda isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu gün ABŞ-ın Bəhreyndəki Beşinci Donanma Qərargahı və bölgədəki bir ABŞ aviabazasını raketlər və PUA-larla vurduğu barədə iddialarının tamamilə yalan olduğu vurğulanıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İrana məxsus Qeşm adasına təşkil etdiyi hücuma cavab olaraq, Küveytdə ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaları raketlərlə vurduğunu elan etmişdi.

SEPAH həmçinin ABŞ-ın Bəhreyndəki Beşinci Donanma Qərargahına da raket və PUA-larla zərbələr endirdiyini bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu