Küveyt ordusu: İran hava limanının binasını vurub



İranın təşkil etdiyi kamikadze PUA hücumu səbəbindən Küveyt Hava Limanının sərnişin terminalı binasına ziyan dəydiyi və çox sayda insanın yaralandığı elan edilib.

AFN.az xəbər verir ki, Küveyt ordusu Müdafiə Nazirliyinin sözçüsü, qərargah polkovniki Saud Əbdüləziz əl-Atvanın mövzu ilə bağlı bəyanatını paylaşıb.

Əl-Atvan İranın həyata keçirdiyi çox sayda kamikadze PUA hücumunda Beynəlxalq Küveyt Hava Limanının "T1" sərnişin terminalı binasının vurulduğunu, tikilidə ciddi dağıntılar yarandığını və çoxlu sayda insanın xəsarət aldığını ifadə edib.

Yaralılara lazımi tibbi müdaxilənin edildiyini bildirən əl-Atvan silahlı qüvvətlərin aidiyyəti qurumlarla koordinasiya şəraitində vəziyyəti təqib etdiyini, ölkənin təhlükəsizliyini və sabitliyini qorumaq üçün tam hazır vəziyyətdə olduğunu vurğulayıb.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana məxsus Qeşm adasına hücumuna cavab olaraq Küveytdə ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaları raketlərlə vurduğunu açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu