İran Küveyt aeroportuna zərbə endirdi: ölənlər var


Küveyt beynəlxalq aeroportuna İrana məxsus pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbə endirilməsi nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

AFN.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilir. Qeyd olunur ki, bu gün sübh tezdən mülki obyektləri, o cümlədən beynəlxalq aeroportu hədəf alan hücum nəticəsində mühüm infrastruktur obyektlərinə və bəzi diplomatik missiyaların binalarına ciddi ziyan dəyib.

Küveyt Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hücum hava limanının T1 sərnişin terminalına edilib. Hadisə ilə əlaqədar aeroportdan bütün uçuşlar dayandırılıb, "Kuwait Airways" milli aviaşirkəti isə növbəti bildirişə qədər reysləri təxirə salıb.

Küveyt Müdafiə Nazirliyi isə ölkə səmasında bəzi hava hücumlarının qarşısının alındığını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu