Küveyt Beynəlxalq Hava Limanında yanacaq çəninə PUA hücumu
Küveyt Mülki Aviasiya Baş İdarəsi pilotsuz uçuş aparatlarının (PUA) Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq çənini hədəf aldığını açıqlayıb.
AFN.az xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyi KUNA-nın məlumatına görə, Mülki Aviasiya Baş İdarəsinin sözçüsü Abdullah ər-Racihi hava limanındakı yanacaq çəninə edilən hücumdan sonra ərazidə yanğın başladığını bildirib.
İlkin məlumatlara görə, hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da, maddi ziyanın olduğu qeyd edilib. Racihi rəsmi qurumların dərhal fövqəladə vəziyyət prosedurlarını işə saldığını, yanğınsöndürmə briqadalarının və müvafiq bölmələrin yanğının söndürülməsi istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Sözçü hücumun hansı mənbədən təşkil olunduğuna dair hər hansı təfərrüat paylaşmayıb.
