Nigeriyada iki yanacaq tankerinin partlaması nəticəsində bir neçə nəfər ölüb


Nigeriyanın şimal-şərqindəki Adamava ştatında iki yanacaq tankerinin partlaması nəticəsində bir neçə nəfər ölüb.



Milli medianın verdiyi məlumata görə, ölkənin Adamava əyalətində Yobe Beynəlxalq Hava Limanı yaxınlığındakı yanacaqdoldurma məntəqəsində iki yanacaq tankeri hələ müəyyən edilməmiş səbəblərdən partlayıb.

Partlayış nəticəsində çoxlu insan həyatını itirib və yaralanıb.

Səlahiyyətlilər hadisə yerinə yanğınsöndürmə briqadalarının göndərildiyini və hadisə ilə bağlı araşdırmalara başladığını bildiriblər.

Qeyd edək ki, ötən ay Nigeriyanın Niger və Enuqu ştatlarında iki müxtəlif yanacaq tankerinin partlaması nəticəsində 114 nəfər həlak olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu