Keniyada yanacaq tankeri partlayıb


Keniyanın Mombasa limanında gözləyən yanacaq tankerində baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb.



“The Daily Nation” qəzetinin məlumatına görə, Mombasanın Livatoni limanında lövbər salmış yanacaq daşıyan gəmidə partlayış baş verib.

Şəhərin sahilyanı ərazilərində hiss edilən partlayış nəticəsində bir nəfər yaralanıb.

Gəmidəki yanğını söndürmək üçün əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Partlayışın çənlərdə qaz toplanması səbəbindən baş verdiyi təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu