Rumıniyada yol tikintisi zamanı baş verən partlayış nəticəsində 4 nəfər ölüb


Rumıniyada yol tikintisi işləri zamanı baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.


Rəsmilər partlayışın yerli vaxtla saat 01:00 radələrində ölkənin cənubundakı Valça bölgəsindəki Kalimanesti şəhərində baş verdiyini açıqlayıblar.

Yol tikintisi zamanı fəhlələr təbii qaz xəttini zədələyib və baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Hadisə zamanı yaralanan 5 nəfər Adjud qəsəbəsindəki xəstəxanaya aparılıb.

Yanğınsöndürmə işləri zamanı partlayışın baş verdiyi ərazinin bir hissəsi nəqliyyata bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu