Dominikan Respublikasında bazarda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
Dominikan Respublikasının San-Kristobal şəhərində bazarda yerləşən çörək sexində partlayış baş verib. Hadisə nəticəsində ilkin məlumata görə, 3 nəfər həyatını itirib, 39 nəfər yaralanıb.
Yerli rəsmilər San-Kristobalda "Köhnə bazar" adlanan ərazidəki çörək sexində partlayış baş verdiyini və bəzi binaların dağıldığını bildirib.
İlkin təsbitlərə görə, rəsmilər partlayışda 3 nəfərin həyatını itirdiyini, ən azı 39 nəfərin yaralandığını bildiriblər.
San-Kristobal qubernatoru Pura Kasilya verdiyi açıqlamada partlayışın iş yerlərinin yüksək cəmləşdiyi bir ərazidə baş verdiyini və şəhər mərkəzinə yaxın olan müəssisələrə böyük ziyan vurduğunu bildirib.
Səlahiyyətlilər partlayışın səbəbinin araşdırıldığını bildiriblər.
Bu arada yanğınsöndürənlər binalara sıçrayan yanğının söndürülməsi istiqamətində işləri davam etdirirlər.
Digər tərəfdən, ölənlərin sayının artacağı da proqnozlaşdırılır.
Dominikan Milli Səhiyyə Xidmətinin direktoru Dr. Mario Lama bildirib ki, partlayışda ölənlər arasında 4 aylıq körpə və kəllə-beyin travması nəticəsində ölən iki böyük var.
Bölgədəki yerli bankdan verilən açıqlamada partlayış nəticəsində qadın işçilərdən birinin öldüyü təsdiqlənib.